BİZNES

22 Oktyabr

EssilorLuxottica üçüncü rübdə rekord gəlir əldə etdi

Finss.az xəbər verir ki, Dünyanın ən böyük şirkətlərindən biri olan Fransa-İtaliya korreksiyaedici eynək və gün eynəkləri istehsalçısı EssilorLuxottica 2025-ci ilin üçüncü rübündə bazar gözləntilərini aşaraq rekord gəlir əldə edib.

Hesabat dövründə şirkətin gəliri bir il əvvəlki 6,44 milyard avrodan 6,7% artaraq 6,87 milyard avroya çatıb. Məzənnə dəyişikliyinə uyğun olaraq 11,7% artıb. Baş direktor Françesko Millerinin sözlərinə görə, rüblük göstərici şirkət tarixində rekord göstəricidir.